BMT (Birləşmiş Millətlər Təşkilatı) İsrail qüvvələrinin blokada altındakı Qəzza zolağında BMT obyektlərinə qarşı hücumları nəticəsində ən azı 191 nəfərin həyatını itirdiyini bildirib.
"Unikal" xəbər verir ki, HƏMAS ilə İsrail hökuməti arasında girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olunsa da, İsrail Baş naziri Binyamin Netanyahu hadisənin ardından açıqlama verərək atəşkəs olsa belə hücumların davam edəcəyini açıqlayıb.
İsrail Qəzza zolağında məcburi köçkün fələstinlilərin sığındığı BMT obyektlərini hədəfə almaqda davam edir. Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatından (UNRWA) verilən açıqlamada, İsrailin 7 oktyabrdan bəri BMT obyektlərinə təşkil etdiyi hücumlarda ən azı 191 nəfərin öldüyü, 798 nəfərin isə yaralandığı bildirilib.
UNRWA 69 obyektin hücumlardan təsirləndiyini və ən azı 23 obyektin birbaşa hədəfə alındığını bildirib.