Hazırda erməni hərbi qulluqçuları Fontevro (Fransa) qəsəbəsi yaxınlığındakı təlim mərkəzindədirlər.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, burada mühəndis, zirehli texnika və nəqliyyat qoşunlarının hazırlanması üçün təlim mərkəzi yerləşir. Mərkəzdə 200-ə yaxın erməni hərbi qulluqçusu var. Onların arasında, hətta Qarabağda separatçı rejimə xidmət etmiş və döyüş təcrübəsi yeni olanlar da var.
Erməni hərbçilər, əsasən “Rusiya sənə xəyanət etdi, qisas almalısan” prinsipi ilə seçiliblər. Dil baryerini həll etmək üçün isə Fransanın özündən (qondarma erməni legionu) ermənilər cəlb olunub. Legionun nümayəndələri təlimatçı qismində praktiki məşğələlərdə iştirak edirlər.
Erməni hərbçilərə fəal şəkildə anti-Rusiya təbliğatı aparılır. Qarabağdan getmiş hərbçilər rus dilini yaxşı bildikləri üçün Fransa onlardan Rusiyaya qarşı mümkün qədər səmərəli istifadə etməyə çalışır.
Nuranə Abbasova