Ukrayna Gənclər və İdman Nazirliyi yarışlarda iştirak etdikdən sonra ölkəyə qayıtmayan 309 idmançının titullarından məhrum edəcək, həmçinin bu idmançıları Ukrayna milli komandalarından kənarlaşdıracaq.
"Unikal" xəbər verir ki, bu barədə “Liqa” nəşri məlumat yayıb .
Qeyd olunur ki, 2022-ci il fevralın 24-dən indiyədək 9058 idmançı Ukraynanı tərk edib, onlardan 309-u geri qayıtmayıb. Olimpiya idman növləri üzrə 247 idmançı və məşqçi, qeyri-olimpiya idman növləri üzrə isə 62 idmançı və məşqçi ölkəyə qayıtmamaq qərarına gəlib.
Oktyabrın 13-də "Şaxtyor Donetsk"in futbolçusu Aleksandr Rosputkonun UEFA Gənclər Liqasının Antverpen komandası ilə görüşündən sonra vətənə qayıtmadığı bildirilir. Qeyd olunur ki, hava limanında yalnız onun səliqə ilə tərk edilmiş forması tapılıb, futbolçu özü isə sosial şəbəkələrdəki bütün yazılarını silib, zənglərə cavab verməyi dayandırıb. Brutal Football Telegram kanalının məlumatına görə, Rasputko Rusiyaya qaçıb və oradan siyasi sığınacaq istəyib.