Türkiyə 2023-2027-ci illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.
Türkiyənin Fransanın paytaxtı Parisdə təşkil olunan “İştirakçı Dövlətlərin 24-cü Baş Assambleyası” sessiyasında keçirilən səsvermə ilə komitəyə üzv seçildiyini bildirən nazir deyib: “Türkiyə dördillik üzvlük müddətində Ümumdünya İrs Anlaşmasının idarəetmə orqanı olan və ildə bir dəfə toplanan Ümumdünya İrs Komitəsi iclaslarında komitənin digər üzvləri ilə birlikdə Ümumdünya İrs Siyahısına namizədlərlə əlaqədar qəraralma prosesində söz sahibi olacaq. Ölkəmiz 1983-1989-cu və 2013-2017-ci illərdə UNESCO-nun Ümumdünya İrs Komitəsində olub”.