ABŞ-Kanada sərhədində güclü partlayış baş verib.
"Unikal" xəbər verir ki, ABŞ-Kanada sərhədində Niaqara çayı üzərindəki Göy qurşağı körpüsündən keçən avtomobildə partlayış baş verib. Partlayışdan sonra ərazidə kiçik yanğın baş verib. Partlayışda avtomobildə olan 2 nəfər ölüb, 1 sərhəd zabiti yaralanıb.
Hadisə yerinə gələn qruplar partlayışın səbəbini müəyyən etmək üçün işə başlayıb. Hadisə ilə əlaqədar ABŞ və Kanada arasında keçidlər də dayandırılıb.
Nyu-York qubernatoru Keti Hoçul bölgəyə yollanıb. Qubernator körpüdə avtomobilin partladılmasının bomba yüklü avtomobillə törədildiyini və buna terror hücumu kimi baxıldığını bildirib.
Qeyd edək ki, partlayışla bağlı ABŞ prezidenti Co Bayden məlumatlandırılıb.
Partlayışın baş verdiyi körpü Kanadanın Ontario və ABŞ-ın Nyu-York şəhərlərini birləşdirir. Körpü həm də dünyaca məşhur Niaqara şəlaləsinin yerləşdiyi ərazidə yerləşir.