İsrailin Qəzza zolağından həbsdə saxladığı 300-ə yaxın fələstinlini ağır şəraitdə saxladığı bildirilir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  "İzzəddin əl-Qəssam Briqadalarının görkəmli üzvləri" olmaqda ittiham edilən fələstinlilər çox ağır şərtlər altında həbsxanada saxlanılır.

Həmçinin, İsrailin fələstinli mülki vətəndaşları sığınacaq mərkəzlərindən və evlərindən çıxararaq yarıçılpaq saxlaması görüntüləri də bütün dünyada reaksiya doğurub. Lakin israilli sosial media istifadəçiləri bu şəxslərin “təslim olan HƏMAS döyüşçüləri” olduğunu iddia edir.

Fidan Camal