Goranboyda maşın təmiri sexində çalışan usta ehtiyatsızlıq nəticəsində ölüb.
"Unikal"ın məlumatına görə hadisə Xanqərvənd kəndindəki maşın təmiri sexlərindən birində baş verib. Orada usta kimi çalışan 1974-cü il təvəllüdlü kənd sakini Məhərrəmov Tahir Eyyub oğlu ehtiyatsızlıq nəticəsində sürüşərək sexin təmir quyusuna düşərək ölüb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov