Sumqayıt şəhərində "Sumqayıt Aşqarlar" ASC-nin yaxınlığında açıq ərazidə baş verən yanğın söndürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov bildirib.

Məlumata görə, zərərçəkən yoxdur.

*** 21:29

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib.

"Unikal" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi hadisə yerində yanğının qarşısını almaq üçün müvafiq tədbirlər görürlər.

İdarədən bildirilib ki, zərərçəkən yoxdur.

Yanğının söndürülməsi işləri davam etdirilir.