Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində sakinlərlə görüşüb. 

"Unikal" sakinlərdən birinin Prezidentlə maraqlı dialoqunu təqdim edir: 

Sakin: Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Allah şəhidlərə rəhmət eləsin.

Sakin: Allah qazilərimizə şəfa versin. Allah Səni Azərbaycan xalqının üstündən əskik eləməsin. Sən, bizi 32 illik həsrətdən qurtardın.

Sakin: Cənab Prezident, Siz 24 saatın heç 4 saatını yatmırsınız. Bura mənim öz torpağımdır. Cənab Prezident, Siz hər dəfə çıxış edəndə kövrəlirəm. Siz dünyada yeganə dövlət başçısısınız ki, müşavirələrdə, iclaslarda üzündən oxumadan çıxış edirsiniz, dünyanı heyran qoyursunuz. Hər prezident bunu bacarmır.

Prezident İlham Əliyev: Mən demişdim ki, sizi qaytaracağam, qaytardım.

Sakin: Qaytardın, sənə qurban olum. Sağ ol, xalqımın adından, buraya təzə gələn 20 ailənin adından Sizə təşəkkür edirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.