Ermənistanda aksiyalara rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan xarici işlər naziri Ararat Mirzoyanın bir sıra diplomatlara fərari deməsinə cavab verib.
"Unikal" xəbər verir ki, Baqrat jurnalistlərə açıqlamasında 2023-cü ildə Ermənistanın uğuruz diplomatiyasını xatırladıb.
"Sentyabrda BMT-də keçirilən Təhlükəsizlik Şurasının iclasında Ararat Mirzoyanın çıxış etdiyi iclasda Bayramov Mirzoyanın rəhbərinin (Nikol Paşinyan - red.) sözlərinə görə, onu təkzib edir. Başqa heç nə demirəm. Ermənistanın tarixində belə biabırçı epizod olmayıb. Sadəcə bir epizod, belə mühüm kürsüdə öz ölkəsinin lideri tərəfindən rədd edilmək, inkar edilmək...", - deyə o açıqlayıb.
Xatırladaq ki, xarici işlər naziri Ararat Mirzoyan "Vətən naminə Tavuş" hərəkatına qoşulan diplomatları "fərari" adlandırıb.
Ağarza Elçinoğlu