Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) inzibati binasında “Azərpoçt” MMC-nin rəhbər şəxslərinin və ABMA nümayəndələrinin iştirakı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində işgüzar tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə son vaxtlar bələdiyyələrin poçt xidmətlərindən istifadəsi zamanı qarşılaşdıqları problemlər, yerlərdə bəzi poçt şöbələrinin bağlanması səbəbindən yerli vergilərin yığım səviyyəsinin aşağı düşməsi kimi məsələlər səsləndirilmişdir.

İşgüzar disskusiya formatında keçirilən görüşdə  “Azərpoçt” MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən qaldırılan məsələlərə münasibət bildirilmiş və tezliklə müvafiq addımlar atılmaqla problemlərin aradan qaldırılacağı barədə fikirlər irəli sürülmüşdür. Həmçinin, yaxın gələcəkdə bələdiyyələrin müvafiq terminallarla təhciz edilərək onların yığımlarına dəstək göstərilməsinin nəzərdə tutulduğu qeyd olunmuşdur.

Tədbirin sonunda qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşıya çıxan problemlərin birgə müzakirəsi, optimal həll yollarının araşdırılması üçün mütəmadi görüşlərin təşkil olunmasının zəruriliyi qeyd edilmişdir.