Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın paytaxtı İslamabadda səfərdədir.
"Unikal" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabada ikigünlük rəsmi səfərə gəlib”, – xarici siyasət idarəsinin mətbuat xidməti diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanın baş diplomatını Pakistanın xarici işlər katibinin Əfqanıstan və Qərbi Asiya üzrə köməkçisi Əhməd Nasim Varraiç qarşlayıb.
“Xarici işlər naziri Ceyhun Bayramov Baş nazir Məhəmməd Şahbaz Şərifin qəbulunda olacaq və baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə geniş müzakirələr aparacaq”, – XİN bildirib.
*** 16:33
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.
XİN-dən "Unikal"a verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.