İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İrlandiya xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox firavanlıq və xoşbəxtlik gətirsin!".

*** 16:01

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza firavanlıq, tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, 2024-cü il noyabrın 12-13-də Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinə dəvətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Mən Sizin dəvətinizi məmnunluqla qəbul etmişəm və COP29-da iştirak etməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***14:04

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan vətəndaşlarını təbrik edirəm. Respublikanıza davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram.

Mən Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında möhkəm əlaqələri yüksək qiymətləndirirəm. Ölkəmizin ikitərəfli dialoqun daha da dərinləşdirilməsinə sadiq olduğunu bir daha təsdiq edirəm. Ehtiyac duyduğumuz anlarda yanımızda olduğunuzu həmişə xatırlayacağıq. Əminəm ki, birgə səylərimiz nəticəsində Moldova və Azərbaycan enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi mühüm sahələrdə əməkdaşlığımızı genişləndirmək imkanlarından tam istifadə edəcək və nəticədə hər iki ölkə vətəndaşlarına fayda verəcəkdir.

Fürsətdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyinizi yüksək qiymətləndirirəm. Əminəm ki, bu tədbir Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha yaşıl gələcəyə kömək etmək istiqamətində birgə səylərimizi inkişaf etdirəcək.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri, cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Peru hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar gündə Azərbaycan xalqının rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı yetirirəm. Peru dövlətinin ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu vurğulayıram. Mən, həmçinin xalqlarımızı yaxınlaşdıracaq yeni qarşılıqlı maraq sahələrini müəyyənləşdirmək istəyimi ifadə edirəm.

Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirərəm”.

***

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin dövlətiniz sosial-iqtisadi inkişaf üzrə böyük uğurlar qazanıb və beynəlxalq arenada nüfuzunu ardıcıl şəkildə möhkəmləndirir.

Arzu edirəm ki, ölkəniz gələcəkdə də inkişaf etməkdə davam etsin və yüksək məqsədlərə nail olsun.

Ümidvaram ki, Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlıq xalqlarımızın maraqları naminə davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və xoşbəxtlik arzulayıram".

***

Kamboca Kralı Norodom Sihamoni Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Səmimi-qəlbdən inanıram ki, Kamboca ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı maraq doğuran məsələlərdə, xüsusilə də dünyada sülh və təhlükəsizliyin təmin edilməsində daha da möhkəmlənəcək və inkişaf edəcəkdir".