"Azərbaycan mina problemi ilə bağlı məsuliyyətini dərk edərək, bütün minatəmizləmə işlərinin maliyyələşdirilməsi baxımından 95 faizini öz dövlət büdcəsi hesabına ödəyib".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
"Çox vacib məqamdır ki, beynəlxalq ictimaiyyət bu əsas problemə öz lazımi diqqətini göstərsin. Bu, onu göstərir ki, biz heç də digər ölkələrdən yardım gözləmir, öz işimizi özümüz görürük
Gözləntimiz budur ki, Ermənistan bizim tələbimizə uyğun olaraq, dəqiq məlumatları versin. Bu, eyni zamanda, iki tərəf arasında etimadqurucu tədbir kimi görülə bilər", - deyə Elçin Əmirbəyov bildirib.