Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.
"Unikal" xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Fatih Birolun bundan əvvəlki görüşü məmnunluqla xatırlandı.
Görüşdə COP29-a hazırlıqla bağlı Azərbaycanda görülən işlər barədə fikir mübadiləsi aparıldı.
Ölkəmizlə Beynəlxalq Enerji Agentliyi arasında səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluq bildirildi. Azərbaycanda yaşıl enerjinin inkişafı istiqamətində atılan uğurlu addımlar qeyd edildi, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulandı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri müzakirə olundu.