İranda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
“Gecə yarısından sonra seçki məntəqələri bağlanır, qutular açılır və səslərin hesablanması başlayır”, - deyə o bildirib.
*** 22:54
İran Daxili İşlər Nazirliyi prezident seçkiləri üçün səsvermə vaxtını daha iki saat uzadıb.
"Unikal" xəbər verir ki, seçki məntəqələri bu gün səhər saat 8-də açılıb və saat 18.00-da bağlanmalı idi.
Bundan əvvəl səsvermə vaxtı saat 20:00-a qədər uzadılırdı.
*** 19:30
İranda prezident seçkiləri üçün seçki məntəqələrinin işi yerli vaxtla saat 18:00-dan 20:00-a (Bakı vaxtı ilə saat 20:30-a kimi) uzadılıb.
"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami jurnalistlərə məlumat verib.
“Ölkənin müxtəlif yerlərindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında ölkə üzrə səsvermə vaxtı 2 saat - 20:00-a qədər uzadılıb”, - deyə o bildirib.