Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, Şuşa şəhərini gəziblər.
"Unikal" xəbər verir ki, gəzinti zamanı Şuşa sakini eyvandan Prezident İlham Əliyevə səslənib.
Kişi sakin deyib:
"Cənab Prezident, 1982-ci ildə rəhmətlik Heydər Əliyev Şuşaya qışda gələndə yazmışdım: “Oğlumu göylərdə tutan el gördüm Şuşada”. 2003-cü ildə Siz prezident seçkisinə gedəndə mətbuatda ilk dəfə canlı yayımda mən Sizi təbrik edərək demişəm:
“Yolun qarasında sına bəxtini,
Yolun adı elə ağdı Səninçün,
Şuşaya yolları sən dolanmasan,
Bu dünya ömürlük dağdır Səninçün”.
Şükür ki, bu yolu dolandıq".
Həmin anın görüntüsünü təqdim edirik:
Vətəndaş Şuşadakı evinin balkonundan Prezidentə səsləndi. #Şuşa #Prezident pic.twitter.com/A5Pk5z78il
— Unikal.az (@UnikalOrgPortal) July 5, 2024