İranda prezident seçkilərinin ikinci turunda seçki məntəqələrinin işi yenidən uzadılıb.

"Unikal" İRİB-ə istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib. Daha əvvəl bildirilib ki, seçki məntəqələrinin iş müddəti əvvəlcə saat 20:00-a, sonra isə saat 22:00-a qədər uzadılıb.

*** 21:45

İranda prezident seçkilərinin ikinci turunda seçki məntəqələrinin işi yenidən, bu dəfə saat 22:00-a qədər uzadılıb.

"Unikal" xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

Bundan əvvəl seçki məntəqələrinin işinin saat 22:00-a qədər uzadıldığı bildirilib.

Keçmiş islahatçı səhiyyə naziri Məsud Pezeşkiyan və İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili prezidentlik uğrunda mübarizə aparacaqlar.