İlin əvvəlindən bu yana Rusiyadan 65 mindən çox qeyri-qanuni miqrant deportasiya olunub.
"Unikal" xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk 2024-cü ildə qanunu pozduğuna görə Rusiyadan 65 mindən çox miqrantın deportasiya olunduğu ilə bağlı məlumat yayıb.
O, həmçinin nazirliyin həyata keçirdiyi tədbirlərin miqrantlar tərəfindən törədilən cinayətlərin sayını azaltdığını bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 6 ayda bu göstərici 6,4 faiz azalıb.