MotoTanya bloqunu idarə edən məşhur rusiyalı bloger Tatyana Ozolina Türkiyədə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Məlumata görə, hadisə Milas rayonunda baş verib. İki türkiyəli motosiklet blogeri ilə birlikdə hərəkət edən Ozolina motosikletin idarəetməsini itirərək yük maşınına çırpılıb. Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər gələnə qədər qız dünyasını dəyişib.

Ozolina Rusiyanın ən populyar blogerlərindən biri hesab olunurdu.

Seymur Əli