"ABŞ Ermənistan ərazisinə silah daşımaqla tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzurda hərbi baza yaratmaq istəyir".

Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Ermənistan ABŞ ilə mövcud olan hərbi və hərbi-texniki əməkdaşlıqdan kifayət qədər cəsarətlənə bilər:

"Bundan əvvəl ABŞ-dan alınan silahların Kəlbəcər istiqamətində atəşkəsin pozulmasında istifadə olunmasını nəzərə alsaq, ABŞ-ın Ermənistana hərbi yardımı gec ya tez onların müəyyən təxribatlarına, hətta növbəti hərbi eskalasiyasına gətirib çıxara bilər", - deyə ekspert bildirib.

Anar Kəlbiyev