Medianın İnkişafı Agentliyi Azərbaycanın Əməkdar jurnalisti Nair Əliyevin vəfatı ilə bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə agentlik paylaşım edib:

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Nair Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə o qeyd edib.

Qeyd edək ki, Əməkdar jurnalisti Nair Əliyev bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

***

16:12

Əməkdar jurnalist Nair Əliyev vəfat edib.

"Unikal" xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, N.Əliyev uzun müddət “Exo” qəzetinin baş redaktor müavini, daha sonra bir sıra aparıcı KİV-də çalışıb.