Avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VII Qurultayı keçirilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hazırkı sədr Səttar Möhbaliyev istefa verib.

Qurultay üzvlərinin səsverməsi ilə Sahib Məmmədov AHİK-in yeni sədri seçilib.

***

10:20

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı keçiriləcək.

"Unikal"ın əldə etdiyi məlumata görə, qurultay saat 11:00-da başlayacaq.

Hazırkı sədr Səttar Möhbalıyevin istefa verəcəyi, onun yerinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun yeni sədr seçiləcəyi gözlənilir.

Seymur Əli