Pakistanın Bəlucistan əyalətinin Musakhel bölgəsində terrorçular əyalətlərarası avtomobil yolunu bağlayaraq avtobusda olan sərnişinləri güllələyiblər. 

"Unikal" xəbər verir ki, bu barədə bölgənin polis komissarının köməkçisi Musakhail Najeeb Kakar bildirib.

Qeyd olunub ki, terror hücumunda Pəncabdan olan 23 nəfər öldürülüb. Terrorçular 10 avtomobili də yandırıblar.

Onlar sərnişinləri avtobusdan enməyə məcbur edib və şəxsiyyətlərini yoxladıqdan sonra onlara atəş açıblar.

Hadisə yerinə gələn polis meyitləri aşkar edib. 

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Ağarza Elçinoğlu