Ukrayna Pravoslav Kilsəsini (UOK) fəal müdafiə edən, Rusiya ilə mövcud hərbi münaqişəyə və danışıqlara son qoymağın tərəfdarı olan Ukrayna Ali Radasının xalq deputatı Artem Dmitruk qanunsuz olaraq ölkəni tərk edərək xaricə uçub.

"Unikal" xəbər verir ki, bu  barədə “Ukrayinska Pravda” nəşri məlumat yayıb.

KİV-in məlumatına görə, Dmitruk Moldova ilə sərhədi keçib, daha sonra Kişinyovdan Romaya yollanıb. Eyni zamanda, Ukrayna Baş Prokurorluğu avqustun 25-də elan edib ki, parlamentari Odessada hüquq-mühafizə orqanının əməkdaşına hücum etməkdə və Kiyevdə hərbçini döyməkdə şübhəli bilinir. Siyasətçi həm də rusiyayönlü mövqedən çıxış etməkdə ittiham olunur.  

Gülayə Mecid