Fələstin Fələstin prezidenti Mahmud Abbasın Qəzza zolağına səfərinin hazırlanmasında Rusiyadan dəstək istəyib.

"Unikal" xəbər verir ki, bunu Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəl mətbuat konfransında bildirib.

Diplomat vurğulayıb ki, Abbasın Qəzza zolağına getməsi Qəzzada atəşkəs üçün ciddi səylər göstərmək cəhdidir. O əlavə edib ki, Fələstin bu məsələdə bütün qardaş və dost xalqlardan dəstək istəyib.

Xatırladaq ki, M. Abbas avqustun 15-də Türkiyə parlamentinin növbədənkənar iclasında çıxış edərək Qəzzaya səfər etmək niyyətini açıqlayıb.

Gülayə Mecid