Ötən gün yol qəzasında həlak olan professor Nəsiman Yaqublunun dəfn yeri məlum olub.

"Unikal" xəbər verir ki, mərhum professor günorta saatlarında Zabrat qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, deputatlığa namizəd Nəsiman Yaqublu Zəngilan rayonunda seçicilərlə görüşdən qayıdarkən şəxsi avtomobili ilə qəzaya düşüb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən professorun həyatını xilas etmək mümkün olmayıb.