Şəmkirdə evdə partlayış olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Sərxan kəndində baş verib. Belə ki, kənd sakininə məxsus yarımtikilidə olan qaz balonu partlayıb. Partlayışdan sonra yarımtikilidə yanğın qeydə alınıb. Dərhal əraziyə FHN-nin Şəmkir Rayon Yanğından Mühafizə  bölməsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yarımtikilinin qalan hissəsi mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Tural Əhmədov