Kəlbəcərdə ölümlə  nəticələn yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib,ki sentyabrın 12-i gecə saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvvəlüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişin Daşkəsən rayon sakini olan 1992-ci il təvvəllüdlü İ.Qasımov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tural Əhmədov