Osloda Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Nobel Komitəsinin saytında qeyd olunub.
2024-cü ildə nüfuzlu mükafat Yaponiyanın Xirosima və Naqasakiyə atılan atom bombalarının qurbanlarını birləşdirən Nihon Hidankyo təşkilatına verilib.
Mükafat "nüvə silahlarından azad dünya qurmaq səylərinə görə" verilib. Nobel Komitəsinə görə, təşkilat şahidlərin ifadələri vasitəsilə nüvə silahından bir daha heç vaxt istifadə edilməməli olduğunu göstərir.
Oktyabrın 14-də iqtisadiyyat sahəsi üzrə 2024-cü ilin Nobel mükafatçılarının adları açıqlanacaq.
Mükafatlar laureatlara dekabrın 10-da, Alfred Nobelin vəfat etdiyi gün Stokholm və Osloda veriləcək.
Ağarza Elçinoğlu