Oktyabrın 15-də saat 12 radələrində Habil Əzizov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində qəza törədib, nəqliyyat vasitəsi su kanalına aşıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

***

15:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə “Yuxarı Şirvan” kanalının Ağdaş rayonunun, Ərəbocağı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***14:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindən keçən hissəsində “Lada” markalı minik avtomobilinin kanala düşməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Əlavə məlumat veriləcək.