Qazaxıstanın Sabındı bölgəsindəki keçmiş məsciddə qaz partlayışı nəticəsində 3 nəfər həlak olub.
"Unikal" Qazaxıstan mediasına istinadən xəbər verir ki, insident nəticəsində bina tamamilə dağılıb. Dağıntılar altından kişi, qadın və 12 yaşlı uşağın meyiti tapılıb.
Daha 16 yaralı xəstəxanaya çatdırılıb. Hadisə yerində xilasedicilər və texnika işləyir; dağıntılar altından 6 qaz balonu çıxarılıb.