Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlı ilə gənc şair Tural Turan arasında qalmaqal yaşanıb. 

"Unikal" xəbər verir ki, Tural Turanın tanınmış qələm sahibləri ilə bağlı işlətdiyi ifadələr S.Rüstəmxanlının sərt reaksiyasına səbəb olub. 

"Özünün ədəbiyyatın harasında olduğu anlaşılmayan bir gənc şair peyğəmbərlik və ya uzaqgörənlik eşqinə düşərək bir dəstə tanınmış qələm sahibinin 10 -15 il sonra ədəbiyyatdan silinib gedəcəyini iddia edir. ( Həyatda olmayacaqlar yazsa, başa düşülərdi) Gənc dostumuz bir şeyi bilsə yaxşdır: biz ədəbiyyatda qalmaq üçün yazmırıq, yazırıq ki, ədəbiyyat qalsın…", - deyə partiya sədri qeyd edib.