Rusiya bu gün səhər tezdən hücum zamanı Həştərxan vilayətindən qitələrarası ballistik raket buraxıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, hücumun hədəfi Dnepr şəhəri olub. Hücum zamanı müxtəlif tipli raketlərdən istifadə edilib: "İlk dəfədir ki, Rusiya münaqişə zamanı Ukraynaya qitələrarası ballistik raket atıb".
Qeyd edək ki, qitələrarası ballistik raketlər minlərlə kilometr məsafə qət edə bilir.
Ağarza Elçinoğlu