Avstriyada yaşayan bir kişi evini təmir etmək üçün santexnik çağırıb.

"Unikal" xəbər verir ki, santexnik boruların arasında gizlədilən sandıq tapıb və vəziyyətlə bağlı ev sahibinə məlumat verib. Cütlük sandığın içindən 30 kiloqram qızıl tapıb.

Avstriya qanunlarına görə, təxminən 2,5 milyon avro dəyərində sərvət ev sahibi ilə santexnik arasında bərabər bölünəcək.