Almaniyanın xarici işlər naziri Annalena Berbok və əri Daniel Holeflyayş 17 illik evlilikdən sonra boşanıblar.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazir və əri birgə açıqlama yayıblar.
Qeyd edək ki, Berbok və Holeflyayşın boşanma xəbərləri uzun müddətdir ki yayılıb. Onlar hər hansı yeni münasibətə başlamadıqlarını bildiriblər. Cütlüyün 9 və 13 yaşında iki qızı var.