Kosta-Rikada göyərtəsində 6 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırmızı Xaç Komitəsinin milli əməliyyat koordinatoru Alejandro Molina məlumat yayıb.
Onun sözlərinə görə, Kosta-Rikanın xilasetmə xidmətləri mərkəzi San-Xose əyalətindəki Eskazu kantonunun dağlarında qəzaya uğrayan təyyarənin pilotu və beş sərnişininin axtarışlarını davam etdirir.
"Biz təbii olaraq insanların sağ olmasına ümid edirik və bu insanların tapılması halında dəstək verə bilmək üçün bütün lazımi vəsaitləri hazırlayırıq. Ümid edirik ki, axtarışları dayandırmayacağıq, çünki bu yerdə çox çətin hava şəraiti var - duman, soyuq, yağış. Kosta-Rika Qırmızı Xaç Cəmiyyəti insanların harada olduğunu bilməyincə buranı tərk etməyəcək", - deyə Molina bildirib.
Gülayə Mecid