Qalıq yanacaqlardan təmiz enerji mənbələrinə keçid qlobal miqyasda baş verir və bu, qarşısıalınmazdır. Çünki təmiz enerji enerji təhlükəsizliyinə aparan yoldur.
"Unikal" xəbər verir ki, bunu COP29-da iştirak edən Böyük Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend parlamentdə çıxışı zamanı deyib.
O, təmiz enerjinin enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib yol olduğunu, həmçinin bu keçidin iqtisadiyyat üçün böyük fürsət yaratdığını qeyd edib. Ed Milibend əlavə edib ki, Böyük Britaniya və dünyada insanlar iqlim böhranının başladığını artıq görürlər və yalnız müəyən addımlar ataraq vəziyyətin pisləşməsinin qarşısını ala bilərlər.
Nazirin sözlərinə görə, yeni hökumət son beş ayda həm Britaniya daxilində, həm də xaricdə iqlim sahəsində liderlik nümayiş etdirərək aşağı enerji qiymətlərini, yaxşı iş yerlərini, iqtisadi artımı və sabit bir iqlimə malik olmağı təmin etməyə çalışır. O, həmçinin, bu tədbirlərin Britaniya xalqını indiki dövrdə və gələcək nəsillər üçün təhlükəsiz saxlayacağına diqqət çəkib.