Gürcüstanda ölkənin Aİ-yə qoşulmasının təxirə salınması xəbərindən sonra etiraz aksiyaları keçirilir.
"Unikal" xəbər verir ki, Prezident Salome Zurabişvili parlament binası qarşısında etirazçılara qoşulub.
O, xüsusi təyinatlıların və su şırnaqlarının səfərbər olunduğu Azadlıq meydanına gedib. Salome Zurabişvili Azadlıq meydanına gedən yolu bağlayan xüsusi təyinatlılara yaxınlaşıb və təhlükəsizlik qüvvələrini danlayıb.
"Siz kimə qulluq edirsiniz?", - deyə o soruşub. Cavab ala bilməyən Zurabişvili "Prezidentinizə cavab vermirsiniz?" – deyə acıqlanıb.