Kremlin sözçüsü Dmitri Peskov Almaniyanın sabiq kansleri Angela Merkelin Putinin G8 sammitinə pivəyə görə gecikməsi ilə bağlı sözlərini təkzib edib.
"Unikal" xəbər verir ki, Angela Merkel xatirələr kitabında Rusiya lideri Vladimir Putinin 2007-ci ildə G8 sammitinə pivə içdiyi üçün gecikməsi ilə bağlı iddia səsləndirib.
Onun sözlərinə görə, Rusiya rəhbəri günahın alman pivəsində olduğunu deyibmiş. İddialara görə, görüşdən əvvəl Putin otağına bir qutu ən çox sevdiyi köpüklü içkinin gətirilməsini istəyib. Keçmiş kansler Rusiya prezidentinin təxminən 45 dəqiqə sammitə gecikdiyini iddia edir.