İtaliyanın ENI enerji şirkətinə məxsus yanacaq anbarında güclü partlayış baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Şirkətin rəhbəri Eugenio Canni bildirib ki, partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb: "Hadisə Florensiyanın şimalındakı Kalenzano bölgəsində baş verib. Yanacaq anbarında yanğın olub. Yanğınsöndürənlər onu söndürməyə davam edir". 

Ağarza Elçinoğlu