Çində kişi iş saatları xaricində iş mesajlarına cavab verməli olduğu üçün qeyri-adi bir yola addım atıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Li adlı şəxsin iş vaxtından artıq çalışdığına görə təzminat tələb edərək şirkəti məhkəməyə verib.

Şikayətçinin sözlərinə görə, o, iş günü başa çatdıqdan sonra da həmkarları ilə iş məsələləri ilə bağlı əlaqə saxlamağa davam edib, lakin işəgötürən bu vaxtı artıq iş vaxtı hesab etməyib.

Məhkəmə işi nəzərdən keçirdikdən sonra qənaətə gəlib ki, Linin işdən kənarda iş məsələlərini müzakirə etmək üçün sərf etdiyi vaxt hesab edilməlidir. Nəticədə məhkəmənin qərarına əsasən, Li 500 dollar məbləğində təzminat alıb.

Yerli mediaya görə, bu iş Çində rəqəmsal dövrdə dəyişən əmək nümunələrini əks etdirən “görünməz iş vaxtı” məsələsini həll edən ilk hadisədir.