"Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili prezident seçkilərindən sonra Qərbin təkidi ilə müxalifət parlamenti yarada bilər".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov deyib.
"O, heç yerə getməyəcəyini bəyan edir, gürcü deputatlar onu prezident kreslosu ilə birlikdə qucaqlarında aparacaqlarını deyirlər ", - Tarasov qeyd edib.
Ekspertin fikrincə, Zurabişvili “böyük siyasət” oynayır. İndi onun bütün hərəkətlərinə Qərb nəzarət edir. Bundan sonra dövləti prezidentin müxalifət deputatlarını toplayacağı və paralel parlamentin köməyi ilə Gürcüstanda ikili hakimiyyət yaradacağı radikal ssenari gözləyir. Bu, mövcud hakimiyyəti güc tətbiq etməyə təhrik edəcək.
Tarasov həmçinin bildirib ki, müxalifət parlamentinin iclası Kutaisi və ölkənin digər şəhərlərində keçirilə bilər, baxmayaraq ki, müxalifət ən böyük dəstəyi Tbilisidən alır. Məhz buna görə də ekspertin fikrincə, müxalifətçilərin paytaxtdan kənarda qarşılanma ehtimalı azdır.
Tarasovun sözlərinə görə, Gürcüstanın seçilmiş lideri Mixail Kavelaşvili əsasən nümayəndəlik funksiyalarını yerinə yetirəcək. Ukrayna prezidenti Volodimir Zelenskinin yumoristik keçmişi Qərb siyasətçilərini narahat etməsə də, keçmiş futbolçu karyerasına görə Avropa İttifaqında ona istehza ilə yanaşılır.
Xatırladaq ki, “Gürcü arzusu”ndan olan namizəd ölkə rəhbəri seçilmək üçün lazımi 200 səs toplayıb. Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçirilib.
Lakin Zurabişvili mandatının başa çatmasına baxmayaraq istefa verməkdən imtina edib. Onun sözlərinə görə, buna səbəb parlamentin “qeyri-legitimliyi”dir. O, Kavelaşvilinin seçilməsini isə “Heç kim heç kimi seçməyib” deyə şərh edib.
Gülayə Mecid