Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok Almaniyanın Suriyaya dəstəyini ölkənin yeni hakimiyyət orqanlarının qadın hüquqları ilə necə məşğul olacağı ilə əlaqələndirib.

"Unikal" xəbər verir ki, bu barədə "Die Welt" məlumat yayıb.

"Əgər Suriyada qadınlar təhlükəsiz deyilsə, o zaman milyonlarla yaxşı təhsil almış kişi və qadın ölkəni bərpa etmək üçün heç vaxt vətənlərinə qayıtmayacaqlar",  - nəşr nazirdən sitat gətirib. 

Berbok qeyd edib ki, Suriyaya səfəri zamanı o, ölkənin yeni hökumətinə qadınların hüquqlarının boğulacağı təqdirdə Suriyanın Avropa İttifaqından maliyyə dəstəyi almayacağını açıq şəkildə bildirib.

Xatırladaq ki, Almaniya  XİN rəhbəri yanvarın 3-də Suriyaya səfər etmişdi. 

Gülayə Mecid