Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin "Sinxua" agentliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 188 nəfər xəsarət alıb.

Qeyd edək ki, bundan əvvəl 95 nəfərin öldüyü bildirilirdi. Zəlzələ nəticəsində 3 609 ev dağılıb.

Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında Nepalla sərhədə yaxın olan Tibet Muxtar Vilayətinin Tinqri dairəsində 6,8 bal gücündə zəlzələ baş verib.

XXX

12:33

Çinin Tibet bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı ən azı 95 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, zəlzələ nəticəsində 130 nəfər xəsarət alıb.

***09:24

Tibetdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, zəlzələ nəticəsində 62 nəfərin xəsarət aldığı qeyd edilir.

***

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə zəlzələ baş verib. 

"Unikal" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 32 nəfər həlak olub. 

"2025-ci il yanvarın 7-də səhər saatlarına olan məlumata görə, Dinqri rayonunda 32 nəfər həlak olub, 38 nəfər yaralanıb, 1000-dən çox ev uçub", - agentlik qeyd edib. 

Qeyd olunur ki, Tibetdə 5 kilometr radiusda yeddi kənd var.

Məlumatına görə, Çin hakimiyyəti zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə nəzarət etmək üçün yeraltı təkanlar bölgəsinə 1,5 mindən çox işçi qrupu göndərib.

Gülayə Mecid