Tovuzda gənc qadın intihar edib.

"Unikal"ın məlumatına görə, hadisə Tovuz şəhərin Xəqani küçəsində baş verib. Sözügedən ünvada yaşayan 24 yaşlı Şəbnəm Məmmədova  hamamda qaz borusundan özünü asıb. Gənc qadının meyiti ailə üzvüləri tərəfindən asılmış halda aşkarlanıb. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Məlumata görə qadın həmin evdə kirayə qalırmış. Onun həyat yoldaşının hərbiçi olduğu bildirilir. Gənc qadının azyaşlı övladı var.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov