Bolunun Kartalkaya kurort mərkəzindəki hoteldə baş verən yanğında "Fənərbaxça"nın üzgüçülük şöbəsinin idmançısı Vedia Nil Apak da həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla bərabər anası Ferda Apak da yanaraq ölüb.
Klubun açıqlamasında deyilir: "Bolu Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində həlak olanların ailələrinə və ölkəmizə başsağlığı verir, yaralananlara şəfa diləyirik.
"Fənərbaxça" Üzgüçülük Şöbəsindən olan idmançımız 2014-cü il təvəllüdlü Vedia Nil Apak və anası Ferda Apakın yanğında dünyasını dəyişdiyini dərin hüznlə öyrəndik".
Məlumata görə, idmançının atası Mehmet Apak "Fənərbaxça"nın konqresinin üzvüdür.
Ağarza Elçinoğlu