Kanadanın baş nazirliyinə namizəd Kristia Friland Ottavanı ABŞ prezidenti Donald Trampın Kanada mallarına gömrük rüsumları tətbiq etmək planlarına tez və “repressiv” cavab verməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti yazır.
"Baş nazir olaraq Castin Trüdonu əvəz etməyə namizəd olan Friland, ABŞ prezidentinin bu həftə sonundan etibarən Kanada və Meksikaya 25 faizlik tariflər tətbiq etmək hədəsini yerinə yetirəcəyi təqdirdə Ottavanı tez və sərt cavab verməyə çağırıb", - qəzet yazır.
Kanadanın baş nazirliyə namizədi deyir ki, Ottavaya “ədalətsiz tarif tətbiq edilərsə” ölkə bütün Tesla avtomobillərinə və Amerika içkilərinə 100 faiz rüsum tətbiq etməklə hədələməlidir.