Türkiyənin “Bodrumspor” komandası baş məşqçisi Volkan Dəmirəllə yollarını ayırıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Onunla sözləşmə 2027-ci ilin sonuna kimi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, “Bodrumspor” Superliqada 16 xalla 17-ci pillədə qərarlaşıb.