Daha əvvəl Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin əslində kişi olduğunu iddia edən jurnalist Nataşa Rey Rusiyadan siyasi sığınacaq istəyib.

"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Fransua Danqlin "X" sosial şəbəkəsində məlumat verib.

Bundan əvvəl amerikalı ifrat sağçı jurnalist Kandis Ouens də "X" sosial şəbəkəsindəki səhifəsində Bricitin kişi olaraq doğulduğuna dair nəzəriyyəsinin sübutlarını təqdim edəcəyinə söz vermişdi.

Ouens Bricit Makronun 2024-cü ilin martında guya kişi olaraq doğulduğu nəzəriyyəsini dəstəkləyib. YouTube-dakı videosunda o, 2022-ci il Fransa prezident seçkilərindən qısa müddət əvvəl Fransanın ifrat sağçı "Faits et Documents" jurnalında dərc olunan başqa bir jurnalist Nataşa Reyin araşdırmasına istinad edib.

Rey Bricit Makronun Jan-Mişel Troqnyö (qızlıq soyadı) adlı bir şəxs olaraq doğulduğunu iddia edib. "Faits et Documents"də sözügedən material dərc olunandan sonra Fransa prezidentinin həyat yoldaşının cinsinə dair xəbərlər tez bir zamanda sosial mediada yayılıb. Daha sonra Fransanın birinci xanımı jurnalistə qarşı böhtan iddiası qaldırıb.